×
A
A
A
Sazlamalar

Şağan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə “Bahar” turnirinə start verilib

Bakı, 17 mart, AZƏRTAC
Şağan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə “Bahar” turnirinə start verilib.
Azərbaycan Ciu-Citsu Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, federasiyanın və Braziliya Ciu-Citsusu Departamentinin birgə təşəbbüsü ilə təşkil olunan yarışda uşaqlar, yeniyetmələr, gənclər və kişilər mübarizə aparırlar.
Yarışın qalibləri BŞGİBİ-nin diplom və medalları ilə təltif olunacaq.

İdman 2019-03-17 01:09:00