×
A
A
A
Sazlamalar

“Aztelekom” MMC-nin kollektivi Hacıqabulda sosial aksiya həyata keçirib

Bakı, 16 mart, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-nin kollektivi daha bir sosial aksiya həyata keçirib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, Hacıqabul şəhərinin giriş qapısı və “Şəhidlər xiyabanı”nın ətrafında olan ərazi kənar əşyalardan təmizlənib, bu ərazidə 100-dən çox müxtəlif növ ağac əkilib. Yeni əkilən Eldar şamı, küknar, şam və digər növ ağaclar suvarılaraq onlara aqrotexniki qulluq göstərilib.
Təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılmasına xidmət edən belə aksiyaların gələcəkdə də keçirilməsi planlaşdırılır.

 

Regionlar 2019-03-16 19:20:00