Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yanvar-fevral aylarında ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

Bakı, 16 mart, AZƏRTAC

2019-cu ilin yanvar-fevral ayında Azərbaycana idxal olunan avtomobillərin sayı 5169 olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 37-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4707-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 397-si yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 28-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

 

Nəqliyyat 2019-03-16 18:48:00