×
A
A
A
Sazlamalar

Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində İrlandiya yığması 3 cüdoçu ilə təmsil olunacaq

Bakı, 16 mart, AZƏRTAC
Cüdo üzrə İrlandiya yığması mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində iki kişi, bir qadın idmançı ilə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, Bakı tatamisində millinin üzvləri Nathon Burns (66 kq), Benjamin Fletcher (100 kq) kişilər arasında, Megan Fletcher (70 kq) qadınların yarışında mübarizə aparacaqlar.
“Böyük dəbilqə” turnirində 12 ölkə iştirakını artıq təsdiqləyib.

İdman 2019-03-16 18:31:00