×
A
A
A
Sazlamalar

Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan komandası daha bir gümüş medal qazanıb

Bakı, 16 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan komandası aktivinə daha bir gümüş medal əlavə edib.
AZƏRTAC xəbər verir ki, martın 16-da keçirilən cüdo yarışlarında idmançımız Fərid Şərifov (64 kq) 4-cü divizionda ikinci yeri tutub.
Qeyd edək ki, bundan əvvəl 47 kiloqram çəki dərəcəsində pauerliftinqçimiz Aytac Səmədova toplam 152,5 kiloqram ağırlıq qaldıraraq 4 hərəkətin cəmində gümüş medal qazanıb.
Azərbaycan komandası yarışlarda atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük üzrə 54 idmançı ilə təmsil olunur.

İdman 2019-03-16 17:25:00