×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təltif edib

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, Xidmətin rəisi Vüsal Quliyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Digər Sərəncama isə miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə 11 nəfərə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ordu 2019-03-16 17:17:00