×
A
A
A
Sazlamalar

NATO-nun ekspertlər qrupu ilə işçi görüşü olub

Bakı, 16 mart, AZƏRTAC 

Bakıda Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri” sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində uzunmüddətli perspektiv planlar, eləcə də qarşılıqlı fəaliyyətin artırılması məsələləri müzakirə olunub.

 

Ordu 2019-03-16 16:33:00