Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

BNA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA birgə layihə hazırlayır

Bakı, 16 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi (BNA), Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi birgə layihə hazırlayır.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, layihənin məqsədi şəxsi minik avtomobilləri olan vətəndaşları ictimai nəqliyyatdan istifadəyə cəlb etməkdir. Vətəndaşların ictimai nəqliyyatdan istifadəsini təmin etmək üçün ilk olaraq dövlət qurumlarında çalışan şəxslər nümunəvi addımlar atmalıdır. Onlar hər ay, bir dəfə şəxsi avtomobillərindən deyil, avtobuslardan istifadə edərək cəmiyyət arasında təbliğat aparacaq.
Həmçinin nəqliyyat vasitələrinin qanunsuz olaraq parklanması ilə bağlı məsələlərə toxunan V.Kərimli bu sahədə işlərin davam etdirildiyini qeyd edib. “Nəqliyyat vasitələrinin qeyri-qanuni parklanmasının qarşısını almaq üçün işlər görülür. Bu məsələ ilə bağlı BNA-ya müxtəlif müraciətlər daxil olur. Bakı şəhərinin “20 Yanvar”, “Memar Əcəmi” metro stansiyasının qarşısı, 3-cü mikrorayon dairəsi və başqa ərazilərində qeyri-qanuni parklanmanın aradan qaldırılması istiqamətində mərhələli işlər aparılacaq”.

Nəqliyyat 2019-03-16 16:21:00