Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ali məktəblərə qəbul olunmaq üçün 5 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Bakı, 16 mart, AZƏRTAC

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, martın 16-sı saat 16:10-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 3250 nəfər (Azərbaycan bölməsi-2769, rus bölməsi-481) ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 1763 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 2009 nəfərdir.
Martın 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.

 

Elm və təhsil 2019-03-16 16:19:00