×
A
A
A
Sazlamalar

Bu ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 16 mart, AZƏRTAC

Təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 16-dan 17-nə keçən gecədən etibarən martın 18-i axşam saatlarınadək Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmin ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Tikinti̇ 2019-03-16 15:40:00