×
A
A
A
Sazlamalar

İki ayda əsas kapitala 1711,2 milyon manat vəsait yönəldilib

Bakı, 16 mart, AZƏRTAC

2019-cu ilin yanvar-fevral aylarında əsas kapitala 1711,2 milyon manat məbləğində, yaxud 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 2,0 faiz artıb.
İstifadə olunmuş vəsaitin 1032,1 milyon manatı və ya 60,3 faizi məhsul istehsalı obyektlərinin, 521,5 milyon manatı (30,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 157,6 milyon manatı (9,2 faizi) isə ümumi sahəsi 252,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 1165,0 milyon manatını və ya 68,1 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1191,3 milyon manatı və ya 69,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

 

Tikinti̇ 2019-03-16 15:13:00