İlahiyyat İnstitutunun tələbələri asudə vaxtlarını səmərəli keçirirlər
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir. İnstitut tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir. Bu məqsədlə Aİİ-də sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar təşkil edilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisə tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər silsiləsini davam etdirir. Bu məqsədlə həftənin şənbə günü ali təhsil müəssisəsi tələbələr üçün türkiyəli fərdi inkişaf mütəxəssisi Əhməd Şərif İzgörənin “Ovcumuzdakı kəpənək” mövzusunda çıxışını nümayiş etdirib.
Mövzu ətrafında müzakirələr aparılıb. İnsanın fərdi inkişafı üçün atmalı olduğu addımlarla bağlı tövsiyələr verilib.
Xatırladaq ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onlarda mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına töhfə verməkdir.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır