×
A
A
A
Sazlamalar

Kim Tonq Op: Cənubi Koreya gimnastları Bakıda keçirilən idman gimnastikası üzrə dünya kubokunda hər şeydən razıdırlar

Bakı, 16 mart, AZƏRTAC
Cənubi Koreya yığması Bakıda keçirilən idman gimnastikası üzrə dünya kubokunda hər şeydən razıdır.
AZƏRTAC xəbər verir ki, bunu arenada yarışları izləyən Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op bəyan edib. Səfir vurğulayıb: “Dəvətə görə Azərbaycan Gimnastika Federasiyasına çox minnətdaram. Mən ilk dəfədir ki, bu gözəl arenadayam və belə sanballı turniri izləyirəm. İndicə öz ölkəmin idmançıları ilə söhbət etdim və onlar mənə söylədilər ki, buradakı hər şeydən – Bakının qonaqpərvərliyindən, yarışların keçirilməsi şəraitindən çox razıdırlar. Mən də onların sözlərinə qoşuluram”.
Cənubi Koreyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri əlavə edib: “Əsasən, mən turnirin təşkilatçılarının gimnastlarımıza yaratdığı şəraitlə, onların hər hansı problemlərinin olub-olmadığı, arenada hər şeyi bəyəndikləri ilə maraqlandım. Onlar bir ağızdan cavab verdilər ki, hər şey əladır və heç bir problem yoxdur. Gördüklərim belə qənaətə gəlməyə imkan verir ki, həqiqətən də arena çox rahatdır. Stadion olduqca gözəl layihələşdirilib və tikilib. Mən burada heç bir nöqsan görmürəm”.

İdman 2019-03-16 14:59:00