×
A
A
A
Sazlamalar

Hollandiyalı mütəxəssis Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub

Bakı, 16 mart, AZƏRTAC 

“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində hollandiyalı maliyyə analitiki Andreas Teodorus Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Andreas Teodorus turizm sektorunun inkişafında dövlət-özəl tərəfdaşlığı haqqında mərkəz rəhbərliyi ilə fikir mübadiləsi aparıb. Sonra qonaq Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, tədris prosesi ilə tanış olub.
Qeyd edək ki, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi bu ilin oktyabrında yekunlaşacaq. Layihədə peşə təhsili və təlimində tənzimləyici bazanın, mərkəzi və yerli səviyyələrdə sektor üzrə əlaqələndirmənin təkmilləşdirilməsi, peşə standartları ilə bağlı 10 kurikulumun işlənib hazırlanması və onların prioritet sahəyə tətbiqi, islahatlar üzrə monitorinqin həyata keçirilməsində Təhsil Nazirliyinə dəstək göstərilməsi nəzərdə tutulub.

Elm və təhsil 2019-03-16 14:00:00