×
A
A
A
Sazlamalar

Vüsal Kərimli: 2022-ci ildən sonra Bakıda avtobuslar alternativ yanacaq növlərindən istifadə edəcək

Bakı, 16 mart, Pərvanə Rəhimova, AZƏRTAC

2022-ci ildən sonra Bakı şəhərində ictimai nəqliyyatda istifadə olunacaq avtobusların alternativ yanacaq növlərindən istifadəsi təşviq edilir. Yəni, 2022-ci ildən etibarən artıq dizel deyil, sıxılmış təbii qaz, elektrik avtobuslar istifadə olunması istiqamətində islahatlar aparılır. Bunu həyata keçirmək üçün böyük infrastruktur işləri görülməlidir. Bu gün “BakuBus” ərazisində sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsi var. Bu işlərlə əlaqədar SOCAR-la danışıqlar aparılır. Bakının digər ərazilərində də belə yanacaqdoldurma məntəqələrinin tikilməsi müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli məlumat verib.
O bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərində ictimai nəqliyyatda istifadə olunan sıxılmış təbii qaz və alternativ yanacaqlardan istifadə olunması ətraf mühitin qorunması, vətəndaşımızın və gələcəyimizin sağlamlığına nəzərdə tutulmuş bir islahatdır.

Nəqliyyat 2019-03-16 11:56:00