×
A
A
A
Sazlamalar

Azərbaycan dilçiliyinin tarixinə dair müzakirələr aparılıb

Bakı, 16 mart, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Elm günü”nə həsr olunmuş “Azərbaycan dilçiliyinin tarixi” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə müəssisənin direktoru, akademik Möhsün Nağısoylu son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən bir sıra dövlət əhəmiyyətli tədbirlər haqqında məlumat verib. Akademik ölkə rəhbərinin Azərbaycan Respublikasında “Elm Günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamının elmin inkişafı və təbliğinə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə “Akademik Məmmədağa Şirəliyevin həyat və yaradıcılığı”, “Dilçiliyimiz: dünən, bu gün və sabah”, “Orta əsrlərdə elmi üslub” və “Azərbaycanda türkoloji dilçiliyin tarixi” mövzularında məruzələr dinlənilib.

Elm və təhsil 2019-03-16 11:43:00