Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Martın 20-də əlavə Bakı-Gəncə sürətli sərnişin qatarı fəaliyyət göstərəcək

Bakı, 16 mart, AZƏRTAC

Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə Bakıdan martın 20-də əlavə olaraq bir reys - 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Məlumata əsasən, Novruz bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın biznes yerlərinə Bakı-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib.
Standart və birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.

 

Nəqliyyat 2019-03-16 11:41:00