×
A
A
A
Sazlamalar

Apreldə Azərbaycan və Estoniyanın qadın futbolçuları görüşəcək

Tallinn, 16 mart, AZƏRTAC 

Estoniyanın 17 yaşlılardan ibarət qadın futbolu üzrə milli komandası apreldə Azərbaycanın milli komandası ilə görüşəcək.
AZƏRTAC xəbər verir ki, U-17 qrupunun UEFA-2019 çempionatının seçmə mərhələsi üzrə qarşılaşacaq komandaların ilk oyunu aprelin 3-də, cavab görüşü isə aprelin 6-da olacaq.
Azərbaycan millisi bundan başqa ispan, çex, polyak və moldovalı həmkarları ilə də görüşəcək.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn 

İdman 2019-03-16 01:14:00