×
A
A
A
Sazlamalar

İmişli regional ədliyyə idarəsi bələdiyyə sədrləri və qulluqçuları üçün seminar təşkil edib

Bakı, 15 mart, AZƏRTAC

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin inzibati binasında bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən idarənin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
İmişli regional ədliyyə idarəsinin əməkdaşları İlkin Savalan və Ruslan İsmayılov “Yerli özünüidarəetmədə etik davranış”, “Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması”, ”Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə torpaqlarının mühafizəsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsində qanunçuluğun təmin edilməsi” və “Qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda İmişli regional ədliyyə idarəsinin əməkdaşları iştirakçıların suallarını cavablandırıblar.

Sosial 2019-03-15 20:31:00