×
A
A
A
Sazlamalar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Elm günü” ilə bağlı məruzələr dinlənilib

Bakı, 15 mart, AZƏRTAC 

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Elm günü” ilə bağlı silsilə seminarlara start verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, martın 15-də keçirilən ilk seminarda karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, dosent Şahniyar Bayramov “Zülalların deqradasiyasının ubikivitin-proteasom yolu” mövzusunda məruzə ilə çıxış edib.
Uzun zaman Avropanın bir çox ölkələrində, o cümlədən ABŞ-da çalışan təcrübəli tədqiqatçının çıxışı iştirakçıların böyük marağına səbəb olub, mövzu ətrafında geniş müzakirələr aparılıb.
İnstitutun bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Gülnar Abdullayeva isə “DNT polimeraza fermentləri, genomun qeyri-stabilliyi və kanser” mövzusunda məruzə ilə çıxış edib.

Elm və təhsil 2019-03-15 18:59:00