×
A
A
A
Sazlamalar

Bakı və Ağstafa məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

Bakı, 15 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, növbəti görüşlər Bakının Nəsimi rayonundakı 159 nömrəli və Ağstafa şəhərindəki Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəblərinin şagirdləri ilə keçirilib.
Tədbirdə şagirdlərə layihə haqqında geniş məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Şəkərin ziyanları” və “Qida etiketləri” mövzusunda videoçarxlar təqdim edilib.
Agentliyin mütəxəssisləri şagirdlərə məktəblilərə məktəbli çantasının hazırlanması qaydaları, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, enerji içkilərinin insan orqanizminə zərərli təsirləri, qida məhsulları alarkən diqqət yetirilməli məqamlar barədə ətraflı məlumat veriblər.
Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və maarifləndirici materiallar paylanılıb.
Həmçinin şagirdlərə agentliyin təşəbbüsü ilə həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqədə iştirak etmək tövsiyə olunub.

Sosial 2019-03-15 18:33:00