×
A
A
A
Sazlamalar

Futbol üzrə Topaz Premyer Liqasının 21-ci turuna start verilib

Bakı, 15 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 15-də futbol üzrə Topaz Premyer Liqasının 21-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk iki oyununda “Zirə” klubu “Keşlə”ni məğlub edib (2:0), “Sabah” isə “Sumqayıt”ın müqavimətini qıra bilməyib – 1:1.
Turnir cədvəlində sonuncu pillədə qərarlaşan “Sumqayıt” ilk dəqiqələrdən debütant “Sabah”ın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyunun 28-ci dəqiqəsində “Sabah”ın hücumçusu Marko Deviş ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb. Sumqayıtlılar qonaqların meydanda sayca azlıqda qalmasından istifadə edərək qarşılaşmanın 40-cı dəqiqəsində hesabı açıblar. Elvin Məmmədov adını tabloya yazdırıb – 1:0. Lakin matçın 77-ci dəqiqəsində ev sahiblərinin heyətində Rəşad Eyubov uzaq məsafədən dəqiq zərbə ilə komandasını məğlubiyyətdən xilas edib – 1:1. Matç bu hesabla da başa çatıb.
Paralel keçən digər qarşılaşmada “Zirə” komandası “Keşlə”nin qapısından iki cavabsız top keçirib. “Zirə”nin heyətində Xulio Sezar Rodrigez dubl edib (68, 79).
Tur çərçivəsində hazırda “Səbail” və “Qarabağ” komandaları qarşılaşır.
Azərbaycan çempionatının 21-ci turuna saat 19:00-da başlayacaq “Neftçi” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

İdman 2019-03-15 18:19:00