×
A
A
A
Sazlamalar

Maliyyə savadlılığının artırılmasına dair təlim keçirilib

Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasıyasının birgə təşkilatçılığı ilə martın 14-15-də mikro, kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə "Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları" mövzusunda təlim keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, iki gün davam edən təlimdə mövzuya dair müxtəlif təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən kiçik və orta biznes subyektlərini təmsil edən 20-dən çox sahibkar, maliyyə meneceri və mühasib iştirak edib.
KOBİA tərəfindən 2019-cu il ərzində mikro, kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması istiqamətində təlim və digər tədbirlər davam etdiriləcək.

İqtisadiyyat 2019-03-15 18:15:00