×
A
A
A
Sazlamalar

Litvada çimərlik futbolu üzrə kubok yarışında azərbaycanlı idmançı fəxri qonaq qismində iştirak edəcək

Vilnüs, 15 mart, AZƏRTAC

Martın 16-da Vilnüsdə çimərlik futbolu üzrə kubok yarışları start götürəcək. Litva kuboku uğrunda yarışda altı komanda mübarizə aparacaq.
Litva Çimərlik Futbolu Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışlarda Azərbaycan yığmasının sabiq üzvü Sahib Məmmədov da iştirak edəcək. O, həmkarları ispaniyalı Pablo Qonzales və almaniyalı Oliver Romriq ilə birgə fəxri qonaq qismində turnirə qatılacaqlar.
Sahib Məmmədov 2008-2014-cü illərdə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvü olub. Onun iştirak etdiyi yarışlarda komandası Avropa Kubokunda üçüncü yeri tutub. S.Məmmədov çıxış etdiyi “Neftçi” və “Bakı” klublarının heyətində altı dəfə ölkə çempionu adını qazanıb.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

İdman 2019-03-15 17:52:00