Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məqalə müsabiqəsi elan olunub

Ankara, 15 mart, AZƏRTAC
Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzi (AVİM) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar birgə elmi məqalə müsabiqəsi elan ediblər.
AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından irəli gələn məsələlər barədə beynəlxalq elmi ictimaiyyətə daha geniş məlumat verməkdir. Martın 22-dək qəbul ediləcək məqalələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qaliblər mükafatlandırılacaqlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

31 mart 2019-03-15 17:02:00