×
A
A
A
Sazlamalar

UEFA Avropa Liqası: “Arsenal” dörddəbir finalda “Napoli” ilə qarşılaşacaq

Bakı, 15 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 15-də UEFA-nın İsveçrənin Nion şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkün nəticələrinə əsasən, dörddəbir finalda aşağıdakı oyunlar keçiriləcək:
“Napoli” (İtaliya) -“Arsenal” (İngiltərə);
“Vilyarreal” (İspaniya) - “Valensiya” (İspaniya);
“Benfika” (Portuqaliya) - “Ayntraxt” (Almaniya);
“Slaviya” (Çexiya) - “Çelsi” (İngiltərə).
Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 11-də oynanılacaq. Cavab qarşılaşmaları isə aprelin 18-də keçiriləcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

İdman 2019-03-15 16:19:00