×
A
A
A
Sazlamalar

Ötən il ərzində "Aqrolizinq" ASC İrandan 44 müxtəlif kənd təsərrüfatı texnikası alıb

Bakı, 15 mart, AZƏRTAC
Ötən il ərzində "Aqrolizinq" ASC tərəfindən İrandan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Bu sahədə əməkdaşlığımızı daha da dərinləşdirmək məqsədilə qurudulmuş meyvə və tərəvəz məhsullarının istehsalı sahəsində İran texnologiyalarının tətbiqini, aqrar tədqiqat və aqrar ticarət sahəsində hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını, eləcə də "Qida təhlükəsizliyi üzrə əməkdaşlıq haqqında Saziş"in imzalanmasını təklif edirik.

İqtisadiyyat 2019-03-15 14:50:00