×
A
A
A
Sazlamalar

“Azərmarka” MMC: yeni poçt markası dövriyyəyə buraxılıb

Bakı, 15 mart, AZƏRTAC

“Azərmarka” MMC tərəfindən Çin təqvimi üzrə Donuz ilinə həsr olunmuş poçt bloku dövriyyəyə buraxılıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, poçt blokunun ölçüsü 105x75 millimetr, markanın ölçüsü isə 40.3x40.3 millimetr təşkil edir. Orijinal poçt blokunun tirajı 5 min nüsxədir.
Bu orijinal poçt bloku “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb və Belarus Respublikasının “Bobruysk Integrated Printing House” çap evində işiq üzü görüb.

İqtisadiyyat 2019-03-15 15:03:00