×
A
A
A
Sazlamalar

Azərbaycan idmançısı Xüsusi Yay Olimpiya Oyunlarında qızıl medal uğrunda mübarizə aparacaq

Bakı, 15 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində Xüsusi Yay Olimpiya Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, martın 15-də idmançılarımız basketbol, futbol, voleybol, stolüstü tennis, pauerliftinq, üzgüçülük və badminton yarışlarında güclərini sınayırlar. Azərbaycan yığmasının üzvü Mirqaib Rəsulov üzgüçülük yarışlarının 4-cü divizionunda 400 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl medal uğrunda mübarizə aparacaq.
Xüsusi Yay Olimpiya Oyunlarında 190 ölkədən 7500-dən çox atlet idmanın 24 növü üzrə gücünü sınayır. Azərbaycan bu nüfuzlu yarışda 54 idmançı ilə təmsil olunur. İdmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük yarışlarında çıxış edirlər.

İdman 2019-03-15 14:57:00