"Səbail" dünya şöhrətli futbolçu Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb
Bakı, 15 mart, AZƏRTAC
Bakının "Səbail" klubu dünya şöhrətli futbolçu Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.
Peşəkar karyerasına Fransa "Bastia"sında başlayan Esyen ən çox oyuna İngiltərənin "Çelsi" klubunda çıxıb. Yarımmüdafiəçi "Çelsi" formasında 168 oyunda 19 qol vurub.
O, İspaniya paytaxtının "Real" və İtaliya nəhəngi "Milan"ın da şərəfini qoruyub..
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir