×
A
A
A
Sazlamalar

Bədii gimnastlarımız “Deryuqinoy kuboku" Qran-Prisində yarışacaqlar

Bakı, 15 mart, AZƏRTAC
Bədii gimnastlarımız Kiyevdə keçiriləcək "Deryuqinoy kuboku" Qran-Prisində yarışacaqlar.
AZƏRTAC xəbər verir ki, martın 16-17-də keçiriləcək turnirdə ölkəmizi Siyana Vasileva, Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman və Səbinə Hümmətovadan ibarət qrup hərəkəti komandamız təmsil edəcək.
Millimiz turnirə İtaliyada hazırlaşıb. Belə ki, gimnastlarımız İtaliya komandası ilə yoldaşlıq görüşündə güclərini sınayıblar.
.

İdman 2019-03-15 13:55:00