×
A
A
A
Sazlamalar

Yanvar-fevral aylarında ölkədə 11484,5 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib

Bakı, 15 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında ölkədə 11484,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ÜDM istehsalının 47,2 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1163,8 manata bərabər olub.

İqtisadiyyat 2019-03-15 13:50:00