×
A
A
A
Sazlamalar

İstanbulda hekayə festivalı keçirilir

İstanbul, 15 mart, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində ilk dəfə olaraq hekayə festivalı keçirilir. AZƏRTAC xəbər verir ki, festival İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəniyyət şöbəsi və Türkiyə Yazıçılar Birliyinin İstanbul şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Festival çərçivəsində hekayə növləri, oxuyucu və yazıçıların hekayələrə münasibətinin müzakirə olunacağı toplantılar, kitab sərgiləri, imza günləri və digər tədbirlər keçiriləcəyi nəzərdə tutulur.
Festival iki gün davam edəcək.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mədəniyyət 2019-03-15 13:09:00