×
A
A
A
Sazlamalar

BDU-nun rektoru tələbələrin istehsalat təcrübəsi ilə maraqlanıb

Bakı, 15 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində biologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübələrini AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirlər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tələbələr institutun müvafiq elmi-tədqiqat laboratoriyalarındakı avadanlıqların iş prinsipinlərini öyrənir və təcrübələrin gedişində yaxından iştirak edirlər.
BDU-nun rektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub, tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə maraqlanıb. O, tələbələrin tədqiqat işlərinə qoşulduqları laboratoriyalara baş çəkib, onların təcrübə gündəlikləri ilə tanış olub.

Elm və təhsil 2019-03-15 12:46:00