×
A
A
A
Sazlamalar

AFFA-nın İcraiyyə Komitəsinin üzvləri U-19 millimizlə görüşüblər

Bakı, 15 mart, AZƏRTAC
Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oyunların keçiriləcəyi Rusiyanın Krasnodar şəhərinə yola düşməzdən əvvəl AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov, eləcə də Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç yığmamızın üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, "Dalğa Arena"nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində keçirilmiş görüşdə millimizə uğurlar arzulanıb, müvafiq tövsiyələr verilib.
Xatırladaq ki, U-19 millimiz elit-raund mərhələsində martın 20-də Rusiya, üç gün sonra İrlandiya, martın 26-da isə Rumıniya komandası ilə qarşılaşacaq.

İdman 2019-03-15 12:36:00