×
A
A
A
Sazlamalar

Millimiz Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə qarşılaşacaq

Bakı, 15 mart, AZƏRTAC
2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının martın 16-dan 25-dək Bakıda təlim-məşq toplanışı olacaq.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda hazırlıq prosesi çərçivəsində martın 22-də və 24-də Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunları keçirəcək.

İdman 2019-03-15 12:34:00