×
A
A
A
Sazlamalar

Uşaq musiqi məktəbində “Novruz bayramı” adlı konsert təşkil edilib

Bakı, 15 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində “Novruz bayramı” adlı konsert təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsert proqramından əvvəl məktəbin direktoru Əfrasiyab Dadaşov, fortepiano ixtisası üzrə müəllim Aysel İsayeva çıxış edərək xalqımızın qədim milli bayramı olan Novruz bayramı, eləcə də adət-ənənələrimiz barədə məlumat veriblər.
Tədbirə Kosa, Keçəl və Bahar qızı kimi Novruz bayramı personajları xüsusi rəng qatıb.
Konsertdə şagirdlərin ifasında müxtəlif nəğmələr və əsərlər səslənib.

Mədəniyyət 2019-03-15 11:27:00