×
A
A
A
Sazlamalar

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılacaq

Bakı, 15 mart, AZƏRTAC 

Bu gün saat 15.00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi Təhsil Nazirliyinin saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, verilişdə I sinfə qəbulla bağlı valideynləri maraqlandıran suallara aydınlıq gətiriləcək.
Sualları BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva cavablandıracaq.
Qəbul prosesinin gedişi ilə bağlı sualları canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərsiniz.

Elm və təhsil 2019-03-15 11:12:00