Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanın Marneuli rayonunda yeni məktəblər inşa olunacaq

Tbilisi, 15 mart, AZƏRTAC

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 19 ictimai məktəb əsaslı təmir ediləcək, daha 8 kənddə yeni məktəb inşa olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Marneuli rayon meriyasından məlumat verilib.
Məlumatda bildirilir ki, məktəblərin bərpa və təmiri, eləcə də yeni məktəblərin tikintisi üçün büdcədən 1 milyon 820 min lari vəsait ayrılıb.
Təmir-bərpa işlərinin müəyyən hissəsi “kəndə dəstək proqramı” çərçivəsində maliyyələşəcək.
Məktəblərdə həyata keçiriləcək əsas təmir işləri çərçivəsində tədris ocaqlarının dam örtüyü, qapı-pəncərələri dəyişdiriləcək, döşəmələr yenilənəcək, yeni istilik sistemi və sanitar qovşaqlar quraşdırılacaq.
Yeni məktəblər Marneulinin Tsopi, Şulaver, Qızılhacılı, Qasımlı, Kirovka, Xuldərə, Candar, Sabirkənd kəndlərində inşa olunacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2019-03-15 05:24:00