Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Goranboyda 30 min hektar torpaqda suvarma işləri üçün lazımi addımlar atılacaq

Goranboy, 15 mart, Rauf Hacıyev, AZƏRTAC

Ötən il Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişmə qurğusu və ondan sonrakı 4,95 kilometrlik hissəsi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kanalın bu hissəsinin istifadəyə verilməsi ilə Goranboy rayonunda daha 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib.
Qeyd edilib ki, rayonun gələcək inkişafının kənd təsərrüfatı ilə bağlı olduğu nəzərə alınaraq dövlətimizin başçısının tapşırığı ilə bu layihə davam etdiriləcək. Yaxın gələcəkdə əlavə 10 min hektar, sonra isə daha 20 min hektar torpağın suvarma işlərinin bərpası üçün lazımi addımlar atılacaq. Bu da rayonda kənd təsərrüfatının daha sürətlə inkişaf etməsi üçün şərait yaradacaq.

Kənd təsərrüfatı 2019-03-15 04:37:00