×
A
A
A
Sazlamalar

“Arsenal” dörddəbir final mərhələsinə vəsiqə qazanıb, “İnter” isə mübarizəsini dayandırıb

Bakı, 15 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 14-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, “İnter” doğma azarkeşlər önündə Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşıb.
Görüşdə qonaqlar minimal hesabla qələbə qazanıb - 0:1. Milan təmsilçisi ilk oyunda səfərdə heç-heçə (0:0) edərək iki oyunun nəticəsinə əsasən turnirdə mübarizəsini dayandırıb.
İngiltərənin “Arsenal” klubu bir həftə öncə Fransada “Renn” klubuna 3:1 hesabla məğlub olmasına baxnayaraq, öz meydanında rəqibin qapısına üç cavabsız top keçirdərək növbəti mərhələyə adlayıb.
İspaniyanın “Vilyarreal” klubu öz meydanında Rusiyanın “Zenit” klubunu 2:1 hesabı ilə yenərək adını dörddəbir finalçıların cərgəsinə yazdırıb. Bu komandaların Rusiyada baş tutan görüşündə ispanlar üstün olub - 3:1.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

İdman 2019-03-15 02:19:00