Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə ağır yol qəzası baş verib

İstanbul, 15 mart, AZƏRTAC

Türkiyənin İzmir şəhərinin Çiğli bölgəsində mikroavtobusla bələdiyyə avtobusu toqquşub. AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.
Toqquşmanın təsirindən avtobus aşıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırmaya başlanılıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-03-15 00:27:00