×
A
A
A
Sazlamalar

“Amerika Kuboku 2020” Argentina və Kolumbiyada keçiriləcək

Bakı, 15 mart, AZƏRTAC
Argentina və Kolumbiya 2020-ci ildə keçiriləcək futbol üzrə Amerika Kubokuna ev sahibliyi edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu qərar Mayami şəhərində keçirilən Konfederasiya Şurasının iclasında qəbul edilib. Turnir 2020-ci ildə iyunun 12-dən iyulun 12-dək davam edəcək.
Qeyd edək ki, Amerika kuboku çempionatı 2020-ci ildən başlayaraq, Avropa çempionatı ilə eyni vaxta keçiriləcək.
Amerika kubokunu ən çox 15 dəfə Uruqvay milli komandası qazanıb.

İdman 2019-03-15 00:22:00