Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avropa İttifaqı ölkələri Suriyaya yeddi milyard dollar maddi yardım göstərəcək

Vyana, 14 mart, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ölkələri Suriyaya il ərzində yeddi milyard ABŞ dolları (6,2 milyard avro) həcmində yardım göstərmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Aİ-nin humanitar yardım və böhrandan mühafizə üzrə komissarı Xristos Stilianidis təsdiqləyib. Brüsseldə keçirilən və 50-dən artıq donor ölkənin təmsilçilərinin qatıldığı konfransda Almaniya nümayəndələri Suriyadakı vətəndaş müharibəsi qurbanlarına yardım üçün əlavə 1,44 milyard avro vəsait ayırmağı vəd ediblər.
Konfrans çərçivəsində razılaşdırılan vəsaitlər ilə ərzaq, tibbi ləvazimatlar və dərmanların alınması, eləcə də uşaqların tədrisə cəlb edilməsi maliyyələşdiriləcək. BMT-nin rəsmi statistikasına əsasən, hazırda Suriyada 11,7 milyon insanın humanitar yardıma ehtiyacı var. Bundan başqa isə Türkiyə, Livan və İordaniyadakı qaçqın düşərgələrində yaşayan milyonlarla insana maddi yardımlar çatdırılmalıdır.

 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2019-03-14 23:17:00