Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ukrayna Mərkəzi Seçki Komissiyası 700 xarici müşahidəçini qeydə alıb

Kiyev, 14 mart, AZƏRTAC

Ukrayna Mərkəzi Seçki Komissiyası (MKS) prezident seçkiləri ilə bağlı 700 xarici müşahidəçini qeydə alıb.
AZƏRTAC xəbər verir ki, MSK, həmçinin 10 beynəlxalq təşkilatın müşahidəçiliyi üçün rəsmi qeydiyyatı həyata keçirib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Ölkədə 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-03-14 23:15:00