Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

TWESCO-nun gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb

Astana, 14 mart, AZƏRTAC

Beynəlxalq Türk Akademiyasının (TWESCO) Prezidenti Darxan Kıdırali, Bişkekdə Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb.
TWESCO-dan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Beynəlxalq Türk Akademiyasının hazırda davam edən işləri və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb.
Akademiya prezidenti ötən il reallaşdırılan layihələr, 2019-cu il üçün müəyyən olunan məqsəd və hədəflər haqqında geniş məlumat verib.
Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov isə TWESCO-nun qurucu dövlətləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin, eyni zamanda, bütün türk xalqlarının tarixi və mədəniyyətinin araşdırılmasındakı əhəmiyyətli rolunu vurğulayıb, ölkəsinin dəstəyini ifadə edib.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya 2019-03-14 23:13:00