×
A
A
A
Sazlamalar

Beynəlxalq axtarış-xilasetmə əməliyyatlarının əlaqələndirilməsi üzrə metodiki toplantı keçirilib

Bakı, 14 mart, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N hərbi hissəsində beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti ilə “Qarşılanma və yolasalma məntəqəsi” (RDC) və “Əlaqələndirmə mərkəzinin (OSOCC, UCC) fəaliyyətlərinin təşkili” mövzusunda növbəti metodiki toplantı keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, toplantı şərti olaraq zərərçəkmiş ölkə tərəfindən BMT-nin Humanitar Əməliyyatların Koordinasiyası Ofisinin Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzindən (VİRTUAL OSOCC) istifadə qaydaları, Fövqəladə Halların İdarəedilməsi üzrə Yerli Orqanın (LEMA), Qarşılama və yolasalma məntəqəsinin (RDC), Yerli Əməliyyatların Koordinasiya Mərkəzinin (OSOCC) fəaliyyətinin təşkili və iş prinsipləri ilə bağlı məsələləri əhatə edib.
Tədbirdə əsas səylər Nazirliyin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin bu sahədə vərdişlərin inkişaf etdirilməsinə yönəldilib.
Sonda mövzuya dair münasibətlər bildirilib, görülmüş işlər müzakirə olunub və axtarış-xilasetmə dəstələrinin fəaliyyətinin inkişaf etdirilməsi üçün zəruri məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sosial 2019-03-14 23:07:00