×
A
A
A
Sazlamalar

Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar

Bakı, 14 mart, AZƏRTAC 

Martın 14-də Yasamal rayon Heydər Əliyev Mərkəzinə 175 və 176 nömrəli tam orta məktəblərin şagirdlərinin ekskursiyası təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.
Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Mərkəzlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.

Mədəniyyət 2019-03-14 19:27:00