×
A
A
A
Sazlamalar

“Elm həftəsi”ndə müsabiqəyə təqdim edilən layihələrin müzakirəsi aparılıb

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) tərəfindən keçirilən "Elm həftəsi" davam edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin dördüncü günündə YT Park tərəfindən 3 kateqoriya üzrə elan olunmuş müsabiqəyə təqdim edilən layihələrin müzakirəsi aparılıb. Müsabiqə komissiyasının üzvləri layihə təkliflərinin qeydiyyatını aparıb, onları kateqoriyalar üzrə qruplaşdırıb, daxil olan sənədlərin formalara uyğunluğunu yoxlayıb və fərdi layihələrin müəllifləri ilə söhbət aparıblar.
Qeyd edək ki, “Elm həftəsi”nin bağlanış mərasimi martın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək. Tədbirdə "Ən yaxşı innovasiyalı ideya", "Ən yaxşı innovasiyalı layihə" və "Ən yaxşı innovasiya məhsulu" üzrə müsabiqənin qalibləri müvafiq olaraq 500, 1000 və 1500 manat məbləğində mükafatla təltif ediləcəklər.

Elm və təhsil 2019-03-14 17:04:00