×
A
A
A
Sazlamalar

“YARAT”da “Yeni il gecəsində möcüzə” filmi təqdim ediləcək

Bakı, 14 mart, AZƏRTAC

Martın 19-da “YARAT”da Bakı Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş “Yeni il gecəsində möcüzə” qısametrajlı filmi təqdim ediləcək.
“YARAT”dan AZƏRTAC-a bildirilir ki, ekran əsəri yeni il ərəfəsi Şaxta babanı tapmaq qərarına gələn uşaqların hekayəsindən bəhs edir.
Film Azərbaycan dilində nümayiş olunacaq.

 

Mədəniyyət 2019-03-14 15:50:00